Akkummulyatorla bağlı əsas parametrlər

Akkummulyatorla bağlı əsas parametrlər
  • 08.09.2020
  • 789

Tutum

Amper saatlarda əks olunur (Ah) və sadə dillə desək, batareyanın nominal yükə nə qədər tab gətirə bildiyini göstərir. Digər sözlə, tutum nə qədər çoxdursa, sürücü soyuq havada mühərriki işə salmaq üçün bir o qədər çox cəhdə sahib olacaqdır.

Elektrik yükü

Amperlərdə göstərilir (A) və batareyaya 10 ilə 30 saniyə müddətində mənfi nəticələr vermədən qoşula bilən maksimum elektrik yükü deməkdir. Maşın nə qədər böyükdürsə, bir o qədər böyük akkumulyator tələb olunur. Bu göstərici dizel mühərrikləri üçün xüsusilə vacibdir.

Tipik ölçü

Avtomobil akkumulyatorları xarici görünüş baxımından eyni görünmələrinə baxmayaraq, hətta eyni həcm nominalı çərçivəsində öz ölçülərinə, formalarına və terminalların yerləşməsinə görə fərqlənirlər. Akkumulyator əldə etməzdən əvvəl avtomobil üçün təlimatda lazımi parametrləri dəqiqləşdirmək və ya batareyanı yük çəngəli ilə ölçmək və eyni zamanda populyarlığına diqqət yetirmək lazımdır (müsbət terminal hansı tərəfdə yerləşir).

İstifadə olunması

Avtomobil akkumulyatorlarının bir neçə növü mövcuddur. Batareyada adi elektrolitdən istifadə olunursa onun vəziyyətinə nəzarət etmək, mayenin sıxlığını və miqdarını yoxlamaq lazımdır. Bu cür batareyalar ümumiyyətlə daha ucuzdur. Hazırda bir sıra texnologiyalar sayəsində elektrolitin demək olar ki, qaynamadığı, qulluq tələb etməyən akkumulyatorlar geniş yayılmağa başlayır. Bu batareyalarda plitələr arasında fiberglas quraşdırılır (gel və yaxud AGM). Belə batareyalar bir qədər baha ola bilər, lakin uzun müddət istifadəyə yararlıdır.