Ən çox verilən suallar
Alıcıların, avtomobillərinə yeni bir təkər dəsti almadan əvvəl soruşan bir sıra sualları var.
Bu üsul nə vaxtlarsa çox tövsiyyə olunurdu. Lakin son aparılan araşdırmalar bunun real effektinin olmadığını göstərib. Akkumulyator bu üsulla isinməyəcək, əksinə tutumu azalacaq.
- Çənbərin eni
Belə bir qızıl qayda var: çənbərin eni təkərin profilinin enindən 25-30% balaca olmalıdır. Tutaq ki, 195/70 R15 ölçülü təkər axtarırsınız. Onun profilinin eni 195 mm-dir. Düym ölçü vahidi ilə isə 7,68 (195-i 25,4-ə bölmək lazımdır) edir. Bu dəyərdən 25 və yaxud 30 % çıxın və alınan ədədi standart seriyadan ən yaxın dəyərə yuvarlayın. 5,5 düym əldə edəcəksiniz. 195/70R15 ölçüdə təkər üçün məhz bu enə sahib çənbər lazımdır.
- Diskin diametri
Minik və yolsuzluq avtomobilləri disklərinin diametrləri 10, 12, 13, 14, 15, 16, 17, 18 və 19 düym ölçülərində mövcud olur. Müasir avtomobillərin əksəriyyəti 13-, 14-, 15- və 16 düymlük disklərlə təchiz edilir. Son zamanlar disklərin diametrinin artırılması tendensiyası müşahidə edilir. Məsələn, standart olaraq 13 düymlük disklər quraşdırılmalı avtomobillər 14, 15 olanlar isə 16 düymlük disklərə keçid edirlər. Bu sürücülərin aşağı seriyalı təkərlərdən istifadə etmək istəkləri ilə izah olunur. Belə ki, bu cür təkərlər yüksək profilli təkərlərlə müqayisədə daha yaxşı hərəkət keyfiyyətlərinə malikdirlər. Təkərin seriyası nə qədər aşağı olarsa, təkərdə bir o qədər az rezin, daha çox metal olar. Çünki təkərin xarici diametri dəyişməz olaraq qalır. Polad disklərdən istifadə zamanı diametr böyük həcmdə artırıla bilməz. Bu təkərin ümumi kütləsinin artmasına səbəb olacaqdır və heç də arzulanan hal deyil. Yüngül lehimli disklər ümumilikdə təkəri ağırlaşdırmadan diametri artırmağa imkan verir.
- Dəliklərin yerləşmə diametri (PCD - Pitch Circle Diameter) və dəliklərin sayı
Məsələn, PCD 4/100 – 100 mm diametrdə 4 dəlik.
Heç kimə sirr deyil ki, ciddi şirkətlər bazarda sərt oyunçudurlar və potensial hər bir müştəri uğrunda açıq mübarizə aparırlar. Belə şirkətlərin menecerləri bizim əvəzimizə artıq bütün işləri görüblər və bütün mümkün variantları nəzərdən keçiriblər. Gəlin razılaşaq ki, keyfiyyətli təkərin qiyməti “3 qəpik” olmayacaq, elə deyilmi? Heç kim də pis təkərə çox pul verib almaz. Bütün bunlardan nəticə çıxarsaq görərik ki, bir neçə qiymət kateqoriyası mövcuddur. Hər alıcı da bunun sayəsində öz cibinə uyğun məhsul seçə bilər. Buna görə də, eyni qiymət aralığında olan bütün təkərlər öz rəqibləri arasında keyfiyyət baxımından əhəmiyyətli dərəcədə fərqlənməyəcək. Fərq olsa belə, hiss edilməyəcək dərəcədədir.
Dünya brendləri uğrunda uzun illər mübarizə apardıqları nüfuzlarını yüksək qiymətləndirirlər. Onların bazasında çoxillik iş təcrübəsi, ixtisaslaşmış heyət, məhsul istehsalı və reklamı haqqında bir çox məlumata sahib ekspertlər komandası var. Bu şirkətlər öz nüfuzlarını boş yerə israf etməyin sərfəli olmadığını yaxşı anlayırlar. Bu səbəbdən də, onlar heç bir halda keyfiyyətə xələl gətirməyəcəklər və əksinə, hər bir yeni model ilə avtomobil təkərlərini daha da təkmilləşdirməyə çalışacaqlar.
Bu suala vahid cavab yoxdur. Hər iki növ təkər həm üstün, həm də çatışmayan cəhətlərə sahibdir.
Dişciksiz təkərin əsas üstün cəhəti quru asfalt və qarda yüksək göstəricilərə malik olmasıdır. Lakin bu təkərlərin çox vacib çatışmayan cəhəti var. Belə ki, bu növə mənsub təkərlər yalın buz üzərində dişcikli təkərlərlə müqayisədə bir neçə dəfə zəif performans nümayiş etdirir.
Dişcikli təkərlərin əsas üstün cəhəti yalın buz və qar üzərində müsbət göstəricilərə malik olmasıdır. Lakin asfalt üzərində performansı dişciksiz təkərlərdə olduğundan xeyli aşağıdır.
Bir tərəfdən, qışda asfaltın buz ilə örtüldüyü günlər quru asfalt olan günlərdən daha azdır. Digər tərəfdən isə, məhz həmin günlər qəza ilə üzləşməyəcəyinizə heç kim zəmanət verə bilməz. Çünki dişcikli təkərlərlə təchiz edilməyən avtomobil buz üzərində demək olar ki idarəolunmazdır.
Seçim sizindir!
Yol hərəkəti qaydalarına əsasən avtomobilin bir oxuna eyni ölçülü və cizgili təkər quraşdırmalısınız.
Avtomobilin istehsalçı şirkəti tərəfindən tövsiyə olunan növə və ölçülərə uyğun olması şərti ilə fərqli oxlara fərqli cüt təkərlər quraşdıra bilərsiniz.
Lakin, fərqli ölçü və cizgili təkərlərdən istifadə etmək, bir qayda olaraq, istehsalçı şirkət tərəfindən qoyulmuş texniki xüsusiyyətlərin pisləşməsinə gətirib çıxarır. Bu zaman idarəetmənin pisləşməsi, əyləc məsafəsinin və sürüşməyə meyilliliyin artması və digər hallar baş verə bilər.
Bir çox hallarda alıcılar təkər alarkən fərqli modellərə baxaraq belə bir sual verirlər: “Nəyə görə bu təkər iki dəfə daha bahadır, axı tamamilə eyni görünürlər?”
Həqiqətən də təkərlər görünüş etibarilə bir-birilərinə bənzəyə bilərlər, lakin hər şey belə sadə deyil.
Bahalı təkərlərdə yeni texnologiyalar və materiallar istifadə olunur. Belə təkərlər hazırlanarkən xüsusi rezin qarışığından və kord üçün ən son yeniliklərdən istifadə edilir.
Bütün bunlar təkərin vacib xüsusiyyətlərini təkmilləşdirməyə imkan verir:
- Təkərin çəkisi azalır, bu isə o deməkdir ki, avtomobilin dinamik xüsusiyyətləri də onunla bərabər azalır.
- Yanacaq sərfiyyatı azalır.
- Təkərin yürüş məsafəsi xeyli artır.
- Avtomobilin idarəolunması yaxşılaşır, əyləc məsafəsi azalır (bununla bərabər özünüzün və sizi əhatə edən insanların təhlükəsizliyi artır).
- Səs səviyyəsi azalır.
Daha bahalı model aldığınızda məhz bu xüsusiyyətlərə ödəniş etmiş olursunuz. Seçim sizindir!
Zavod eyni avtomobilə müxtəlif ölçülərdə təkərlər tövsiyyə edir.
Bu isə aşağıdakı cəhətlərdən asılıdır:
- Avtomobilinizə hansı növ disklər quraşdırılıb: dəmir və yaxud alüminium (alüminium disklər böyük radiusa malikdir, daha genişdir və kiçik çıxıntıya sahibdir)
- Təkərlər hansı mövsümdə istifadə üçün nəzərdə tutulub.
- Avtomobilinizə hansı mühərrik quraşdırılıb və gücü nə qədərdir.
Avtomobilinizi istehsal edən zavodun məsləhət gördüyü ölçülərdə təkər seçməyi tövsiyyə edirik.
Hazırda şinlər kreditlə satılmır, lakin Worldcart və BirKart ilə 6 ayadək taksitlə əldə edə bilərsiniz. Əlavə məlumat almaq üçün qeyd olunan nömrəyə müraciət edə bilərsiniz: +994 70 216 49 20
Barter və ya köhnə (işlənmiş) şinlərin alışı
Mağazamız yalnız yeni şinlərin satışını həyata keçirdiyindən, təəssüf ki, barter və ya köhnə (işlənmiş) şinlərin alışı üzrə işlər aparılmır.
Şinləri, ən yaxşısı, temperaturu 25°C çox olmayan quru yerdə saxlamaqdır. Təkərlərə günəş şüalarının birbaşa düşməsinə yol vermək olmaz. Şinlərin məhv olmasının qarşısının alınması üçün onlar aqressiv kimyəvi maddələrlə təmasda olmamalıdır. Mütləq təkərlərdə yağ və ya benzin qalıqlarının qalıb-qalmamasını yoxlayın, şinlərin yuyun, qurudun və bütün saxlanma müddəti ərzində onların havalandırılmasını təmin edin. Bu qaydalara əməl olunması məhsulun istifadə müddətini əhəmiyyətli dərəcədə uzatmaqda və lazımsız problemlərdən qorunmaqda sizə kömək edəcək.
Babək pr 2222, “Piano” restorani və Dəniz mebel salonu ilə yan yana