Təkərlərin neçə cür növü var?
Şosse (yay) (HIGHWAY) təkərləri avtomobilin sərt səthlərə malik quru və yaş yollarda hərəkət etməsi üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid olan təkərlərin qışda buz və qar üzərində istifadə edilməsi arzuolunan hal deyil. Belə ki, bu təkərlərin səth ilə ilişmə xüsusiyyələri kifayət qədər deyil.
Qış (SNOW, MUD + SNOW (M+S)) təkərləri qar və buz üzərində hərəkət edərkən yol səthi ilə yüksək səviyyədə ilişməni təmin edir. Protektor cizgisi təmas bölgəsindən qarın təmizlənməsini təmin edəcək şəkildə tərtib edilib və qüsursuz ilişmə xüsusiyyətləri ilə seçilir.
4 fəsil (ALL SEASON, ALL WEATHER) təkərlər yaş və qarlı yollarda yüksək ilişmə xüsusiyyətinə, rahatlıq, kifayət qədər yaxşı idarəolunma kimi üstün cəhətlərə və aşınmaya davamlı protektora malikdir.
Sürət (PERFORMANCE) təkərləri əsasən yüksək səviyyəli avtomobillərdə istifadə olunur. Bu növə aid olan təkərlər avtomobili yüksək idarəolunma qabiliyyəti və yaxşı ilişmə xüsusiyyətləri ilə təmin etməlidir. Bu təkərlər çətin idarəolunma şəraitlərində yüksək temperaturlara tab gətirə bilməlidir.
Dörd mövsüm sürət (ALL SEASON PERFORMANCE) təkərləri (qar və buz üzərində hərəkət də daxil olmaqla) bütün il boyu istifadə zamanı ilişmə və idarəetmənin yaxşılaşdırılmasına ehtiyacı olanlar üçün xüsusi olaraq hazırlanıb.