Necə düzgün disk seçmək lazımdır ?
Avtomobil həvəskarları adətən ildə iki dəfə (mövsümə uyğun olaraq) həyata keçirilən təkər dəyişimi ilə müqayisədə, disklərin dəyişdirilməsi ilə daha az qarşılaşırlar. Lakin buna baxmayaraq, bəzən disklərin də dəyişdirilməsinə ehtiyac yaranır. Disk özündə təməli, dəstəyi əks etdirir və buna görə də, seçim zamanı maksimum etibarlılıq əsas meyar rolunu oynayır və möhkəmlik, deformasiya, aşınma və korroziyaya qarşı dayanıqlılıq xüsusiyyətlərinə malik olmalıdır. Ən ucuz seçim variantı möhürlənmiş və yaxud standart qaynaqlı metal disklərdir. Əksər hallarda bu variant avtomobilin əsas konfiqurasiyasına daxil edilir. Bu disklər kifayət qədər ağır çəkisi ilə fərqlənir və bu təbii olaraq üstün cəhət deyil. Belə ki, bu xüsusiyyət əlavə yük yaradaraq yanacaq sərfiyyatını artırır, ağır yüklənmə zamanı çox asanlıqla deformasiya olunur və nəmlə tez-tez təmasda olduqda tez bir zamanda korroziyaya uğrayır. Bu səbəbdən də, aqressiv sürücülük tərzi və yolsuzluq şəraiti üçün yaxşı seçim hesab olunmur.
Həmçinin, təkər avtomobilin ümumi görünüşünün vacib elementidir və bu baxımdan “möhürlənmiş” disklər daha cəlbedici nümunələrlə müqayisədə xeyli geri qalır. Qaynaqlı polad disklərin yeganə üstünlükləri daha ucuz qiymət və təmirə yararlı olmasıdır (deformasiya olunmuş və zədələnmiş disklər avtomobil emalatxanasında təmir oluna bilər). Yüngül lehimli disklər estetik cəlbediciliyi və malik olduqları bir sıra yüksək texniki-istismar xüsusiyyətləri ilə fərqlənirlər. Bu təkərlər yüngül olmaqla yanaşı, korroziya və deformasiyaya davamlıdırlar, yanacaq sərfiyyatının azaldılmasını təmin edirlər və yüksək manevr qabiliyyətinə sahibdirlər.
Tökmə və döymə metallardan hazırlanmış disklər də mövcuddur. Birinci növ disklər çox sayda xarici xüsusiyyətlərə malikdir və nisbətən ucuzdurlar. Lakin bu diskləri zədələndikdə təmir etmək mümkün deyil və yenisi ilə əvəzləmək tələb olunur. İkinci növ disklər isə ən yüksək texnologiya ilə hazırlanır, davamlıdır, deformasiyaya uğramır və bahadırlar. Lakin, texnoloji prosesin mürəkkəbliyi və bir çox mexaniki əməliyyat səbəbindən, bu yüngül lehimli təkərlər dizayn baxımından dəyişkən deyillər.