Avtomobili necə düzgün istifadə etmək lazımdır?

Avtomobili necə düzgün istifadə etmək lazımdır?
  • 04.09.2020
  • 789

Avtomobilin mütəmadi olaraq texniki baxışdan keçirilməsi istisnasız bütün nəqliyyat vasitələri sürücülərinin riayət etməli olduqları vacib amillərdən biridir. Bəziləri bu işi salonlarda avtomobil ustalarına həvalə edir, digərləri isə öz güclərinə arxalanır və texniki qulluğu öz əlləri ilə həyata keçirirlər. Sürücülük karyeranızın başlanğıcında sizə faydalı ola biləcək ən vacib qaydalar aşağıdakılardan ibarətdir:

  • Mühərrik yağının səviyyəsinin yoxlanılması;
  • Şüşə silənin mayesinin səviyyəsinin yoxlanılması;
  • Təkərlərdəki təzyiqin yoxlanılması;
  • Akkumulyator batareyalarının doluluq səviyyəsinin yoxlanılması;
  • Antifrizin yoxlanılması;
  • Transmissiya yağının yoxlanılması.

Ən azı 5-10 gündən bir və yaxud uzaq məsafə qət etməzdən əvvəl texniki baxış həyata keçirmək məsləhətdir. Mühərrik və əyləc sistemlərinin işində hər hansı pozuntuların olub-olmamasına, xarici təzahürlərə (spesifik səs, döyüntü, qaz, qoxu və s.nin peyda olması) diqqət yetirin.