Təkərləri seçərkən nələrə diqqət etmək lazımdır?
Təkər avtomobillərin vacib elementlərindən biridir. Təkərlərin əsas vəzifəsi yoldakı bərabərsizliyin qismən aradan qaldırılması, hərəkət zamanı səsin, həmçinin lazımi dartma gücünün azaldılmasıdır.
Avtomobil üçün ilk pnevmatik təkərlər 1847-ci ildə peyda olub. Bu zaman artıq ucuz istehsalat təşkil etmək üçün imkan yox idi. 1888-ci ildə Con Danlop velosipedə bu təkərlərdən quraşdırır və bununla da pnevmatik təkərlərdən tam istifadəyə başlanılır. Təkər 1890-cı ildə müasir variantına daha yaxın olan görünüş qazanır. Belə ki, bu zaman kamer və təkəri ayırmaq, sonuncunu karkasla təmin etmək təklif edilir.
Təkər seçərkən aşağıdakı cəhətlərə diqqət yetirmək lazımdır:
- Sürət və yük indeksinə;
- Profilin hündürlüyü, təkərin eni və təmas nöqtələrinin sahəsinə;
- Avtomobilin diski ilə uyğunluğuna. Quraşdırma xüsusiyyətlərinə diqqət etmək lazımdır. Belə ki, təkər avtomobilin digər elementlərinə yapışmamalıdır;
- Protektorun cizgisinə.
Yuxarıda qeyd edilən cəhətlərlə yanaşı digər nüanslara da nəzər salmaq lazımdır:
- İdarəetmə tərzi. Şəhərdə sakit gəzinti və idman məqsədli idraəetmə üçün tamamilə fərqli seçimlər tələb olunur. Bu ikisi fərqli texniki xüsusiyyətlərə sahibdirlər.
- Asfalt və torpaq yollar üçün fərqli təkərlər tələb olunur. Onlar sərtlik, protektor və digər vacib cəhətlərə görə bir-birindən fərqlənirlər. Təkər seçərkən onun müəyyən şərtlərdə istifadə olunma ehtimalı mütləq olaraq nəzərə alınır.
- Avtomobilin növünə diqqət etmək lazımdır. Yolsuzluq avtomobilinin və şəhər şəraitində hərəkət edən minik avtomobilinin təkərlərlə bağlı tələbləri fərqlidir. Təkər seçərkən həmçinin yük götürmə, kommersiya məqsədilə istifadə və digər amillər də nəzərə alınmalıdır.
- Mövsümlük. İlin müxtəlif fəsillərində təkərlərdən fərqli xüsusiyyətlər tələb olunur.
GƏLƏNDƏ BİLDİR
Səbət