Petlas

“Petlas” şirkəti 1976-cı il avqustun 19-da yaradılmışdır.

1974-cü ildə Kiprdə həyata keçirdiyi əməliyyatdan sonra Türkiyəyə qarşı tətbiq edilən embarqo nəticəsində ölkədə yeni ideya – “hərbi sənayenin tələbatının milli ehtiyatlar hesabına ödənilməsi” ideyası yarandı. 1976-cı ildə isə məqsədi Türkiyə HHQ-nin qırıcı təyyarələri üçün aviasiya şinlərinin istehsalı olan “Petlas Tire Industry and Trade Company” dövlət sənaye müəssisəsi yaradıldı.

Hazırda “Petlas” şirkəti minik avtomobilləri, furqonlar, yük avtomobilləri, ümumi istifadədə olan yollardan kənarda işləmək üçün nəzərdə tutulmuş, kənd təsərrüfatında, sənayedə və yol tikintisində istifadə edilən nəqliyyat vasitələri üçün şinlər, eləcə də aviasiya şinləri istehsal edir. “Petlas” şirkəti ISO 9001 Keyfiyyəti İdarəetmə Sertifikatına və AQAP-110 Sənaye Keyfiyyəti Sertifikatına malikdir.

“Petlas” öz məhsullarını dünyanın 100-ə yaxın ölkəsinə ixrac edir, şin məhsulları üzrə beynəlxalq bazarlarda geniş və etibarlı ticarət-bölüşdürmə şəbəkəsinə malikdir.

Lider mövqelərin təmin edilməsinə can atma, istehsala innovativ yanaşma, məhsulların keyfiyyətinin təmin edilməsinin unikal sistemi şirkətin dayanıqlı inkişafını təmin etmiş və beynəlxalq bazarlarda alıcıların bütün tələblərinə cavab verən keyfiyyətli məhsul istehsalçısı adını qorumuşdur.

“Petlas”ın idealogiyası

Təhlükəsizliyə, ətraf-mühitin qorunmasına, qənaətə əsaslanan, müasir yüksək texnologiyalı məhsul və xidmətlər təqdim etməyə qadir olan dünya brendi nüfüzunun qorunması.

( 1 məhsul )

Petlas təkərlərini əldə et